“Elm” nəşriyyatının yeni loqosu və şüarı açıqlanıb
Avg 06 , 2019 | 02:23 / Elmi nəşrlər
Oxunma ( 2222 )

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib. “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov bu barədə verdiyi açıqlamada bildirib ki, müəssisənin korporativ imicinin yenilənməsi istiqamətində işlər ““AMEA”-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq həyata keçirilir: ““Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur. “Elm” nəşriyyatı bu yola işıq tutacaq fundamental, tətbiqi və eksperimental tədqiqatların nəticəsi olan sanballı akademik nəşrlərlə yanaşı, elmi geniş ictimaiyyətə çatdıracaq elmi-populyar ədəbiyyatların da nəşrini qarşısına məqsəd qoyub”. Səbuhi Qəhrəmanov onu da qeyd edib ki, sözügedən Tədbirlər planına əsasən, müəssisənin işini müasir tələblər səviyyəsində qurmaq üçün kompleks tədbirlər həyata keçiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.