Magistraturaların boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı avqustun 15-dən aparılacaq
Avg 07 , 2019 | 02:25 /
Oxunma ( 1853 )

Azərbaycan Milli Elmlər Akademiyası və ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı avqustun 15-də başlanacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, bakalavrlar avqustun 23-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci nömrəsində dərc olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.