“Müasir kimyanın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək
Avg 10 , 2019 | 02:45 / Mühim hadisələr
Oxunma ( 177 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Kimya Elmləri Bölməsi və AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə 2-4 oktyabr 2019-ci il tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Müasir kimyanın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfransın keçirilməsində məqsəd kimya sahəsində son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, respublika və xarici tədqiqatçılar, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əlaqələrin yaradılmasıdır. Eləcə də konfransda kimyanın tədrisi problemləri və yeni yanaşmalar müzakirə olunacaq.

Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

Konfransın bölmələri:

1. Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri;

2. Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası;

3. Ekologiya və enerji problemlərinin həllində “yasıl kimya”;

4. Aqrokimya və farmokimyanın aktual problemləri;

5. Nanotexnologiyalar;

6. Katalizatorlar, katalitik sistemlər, katalitik proseslər, proseslərin optimallaşdırılması və riyazı modelləşdirilməsi;

7. Səthi-aktiv maddələr və xüsusi təyinatlı reagentlər;

8. Kimyanın tədrisinə yeni yanaşmalar (elm və təhsilin inteqrasiyası).

TƏRTİB QAYDALARI:

Plenar məruzələrin tezisləri (1-5 səhifə) və məruzələrin tezisləri (1 səhifə) aşağıdakı tələbata uyğun tərtib olunmalıdır:

- Məruzələr azərbaycan, rus və inglis dillərindən birində, A4 formatda, 2 nüsxə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) kağız və elektron formada qəbul olunur;

- Məruzələrin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman standart 12 şriftlə, sətirlərarası interval - 1,15, sağ və soldan - 2,5 sm, yuxarı və aşağıdan - 2,5 sm, abzas - 1,25 məsafə saxlamaqla və sətirdən sətrə keçməmək şərtilə çap olunmalıdır;

- Kimyəvi formulalar ChemDraw proqramında yığılmalıdır;

- Məruzəçinin adının altından xətt çəkilməlidir;

- Əvvəlcə məruzənin adı iri hərflərlə Times New Roman 12 şriftlə (B), 1 sətir sonra müəlliflərin adı, atasının adı və soyadı 12 şriftlə, 1 sətir sonra təşkilatın adı, şəhər və ölkə 12 şrift (I) və sonrakı sətirdə elektron poçt ünvanı 12 şriftlə (I) (U) verilməlidir;

- Mətnə daxil edilən cədvəllərin adı Times New Roman 10 şriftlə (B) (I), 1,15 intervalla yazılmalıdır. Cədvəlin içində mətn Times New Roman 10 şriftlə verilməlidir;

- Mətnə daxil edilən şəkillər, sxemlər, qrafik materiallar mətnin içində və ya sonda olmalıdır. Şəkilaltı yazılar Times New Roman 10 şriftlə (B) (I) yazılmalıdır. Şəkillər ayrıca JPEG formatda da göndərilməlidir;

- Səhifələr nömrələnməməlidir.

- Ədəbiyyat siyahısı Times New Roman 10 sriftlə yazılmalı, nömrələnməsi adi qayda üzrə olmalıdır.

Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır.

Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.

Məruzələrin tezislərinin qəbulu 1 iyun 2019-ci il tarixinə qədər davam edəcək. Qəbul olunmuş məruzələr haqqında məlumatlar 15 sentyabr 2019-ci il tarixindən başlayaraq müəlliflərə çatdırılacaq.

 

Əlaqə məlumatları:

tel: (+99412) 490-24-43

e-mail: ipcp_lab3@mail.runkpi@nkpi.az

 

Təşkilat Komitəsinin Sədri  akademik Vaqif Abbasov

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.