AMEA-da elmi lektoriya təşkil olunacaq
Avg 16 , 2019 | 01:00 /
Oxunma ( 1875 )

Müasir şəraitdə müxtəlif elmi istiqamətlər üzrə peşəkar biliklərə malik yüksəkixtisaslı kadr hazırlığı bütün digər amillərlə yanaşı, elmi tədqiqat sahəsində ənənələrin davam etdirilməsi, nüfuzlu elmi məktəblərin qorunub saxlanılması və nəsillər arasında elmi varisliyin təmin edilməsindən bilavasitə asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gənc nəsildə tədqiqat vərdişlərinin formalaşdırılmasında, mühüm elmi və innovativ nəticələrin əldə edilməsində müasir elmi yeniliklərin mənimsənilməsi ilə yanaşı, elmi varisliyin qorunub saxlanılması da mühüm rol oynayır.

AMEA-da da elmi məktəblərin qorunub saxlanılması, elmi nəsillər arasında uğurlu kommunikasiyanın təmin edilməsi elmin inkişafı baxımından həyata keçirilən kompleks tədbirlərin əsas istiqamətlərindəndir.

Bu gün elmi məktəb yaratmış alimlərlə gənclər arasında elmi kommunikasiyaların müasir standartlar səviyyəsində, müasir elmi-təşkilati texnologiyaların tətbiqi şərti ilə təşkili, ənənəvi elmi məktəblərin daha interaktiv üsullarla təbliği qarşıda duran əsas vəzifələrdəndir.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti akademiyada daimi fəaliyyət göstərən elmi lektroriyanın təşkili ilə bağlı qərar qəbul edib. Lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA üzvlərinin, o cümlədən Rəyasət Heyəti üzvlərinin aktual elmi, elmi-təşkilati və innovativ məsələlərə, habelə Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrinin təşkili nəzərdə tutulub.

Lektoriyada təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrin dinlənilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.