Azərbaycanın su ehtiyatları ilə bağlı tədqiqatlar aparılır
Avg 24 , 2019 | 08:53 / Mühüm hadisələr
Oxunma ( 1846 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın su ehtiyatları ilə bağlı tədqiqatlar davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Azərbaycanın dağ çaylarının sülb axımının tədqiqi və hesablama metodikası işlənilib. Sonrakı mərhələdə Lənkəran və orta Araz təbii vilayətlərinin su ehtiyatları və onlardan səmərəli istifadə qiymətləndirilib. Hazırda Azərbaycanın arid və semiarid ərazilərinin səhralaşmasında iqlim amili tədqiq olunur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.