Avqustun 30-dan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq
Avg 20 , 2019 | 09:00 / Mühüm hadisələr
Oxunma ( 1238 )

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, cəmi 381 yer boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Ümumilikdə plan yerləri 96,33 faiz dolub. Qəbul aparılan 55 kollecdən 34-də plan yerləri 100 faiz dolub.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı avqustun 23-dən sentyabrın 29-dək davam edəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.