Azərbaycan dilində olan “Vikipediya”da 150 minə yaxın məqalə var
Avg 26 , 2019 | 01:59 /
Oxunma ( 1967 )

Bu günədək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da ölkəmizin tarixi, coğrafiyası, arxeologiyası, mədəniyyəti, memarlığı, qədim sənətkarlıq nümunələri, milli adət-ənənələri, musiqi alətləri, tarixi abidələri, görkəmli elm, mədəniyyət, ictimai-siyasi xadimləri haqqında sistemli şəkildə yüzlərlə məqalə yaradılıb və əsaslı şəkildə redaktə edilib.

Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk AZƏRTAC-a məlumat verib. O bildirib ki, hazırda Azərbaycan dilində olan “Vikipediya”da 150 minə yaxın məqalə var. Ardıcıl olaraq xarici dillərdəki “Vikipediya”larda da məqalələr yaradılır və redaktə olunur. “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən məqalə yaradılması və yerləşdirilməsi prosesi uğurla davam edir. Könüllülərin işi məqalə yazıb onu redaktə etməkdir. Fəal istifadəçilər və idarəçilər isə yeni yaradılan məqalələrə nəzarət edirlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.