“İnnocamp” innovasiya yay düşərgəsi keçiriləcək
Avg 27 , 2019 | 11:17 / Mühüm hadisələr
Oxunma ( 1613 )

29-31 avqust tarixlərində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil olunacaq.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edəcəklər. 18 komandanı təmsil edəcək 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçiriləcək. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriləcək.

Təlim, master klas və vorkşoplardan ibarət proqramın əsas hissəsi AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutacaq. Təlimlərdən sonra startapçılar öz layihələrini təqdim edəcək və milli finala vəsiqə qazananlar müəyyən olunacaq.

Düşərgədə həmçinin, iştirakçılar üçün əyləncə proqramı da nəzərdə tutulub.

Xatırladaq ki, “İ2B-İdeyadan Biznesə” layihəsi ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə həyata keçirilir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.