“IV Kosmos yay festivalı” təşkil edilib
Avg 26 , 2019 | 11:24 / Mühüm hadisələr
Oxunma ( 1949 )

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "IV Kosmos Yay festivalı" keçirilib. Düşərgə şəraitində təşkil olunan festivala 50-yə yaxın kosmos həvəskarı qatılıb.

Tədbir ŞAR, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın birgə təşkilatçılığı ilə reallaşdırılıb. Təşəbbüsün məqsədi iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin artırılması olub.

Əvvəlcə ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, f.ü.f.d. Ədalət Ətayi festival iştirakçılarını rəsədxananın muzeyi ilə tanış edib, buradakı eksponatlar haqqında ətraflı məlumat verib.

Sonra iştirakçıların müəyyən edilmiş kamp ərazisindən meşəyə yürüşü təşkil edilib.

Daha sonra rəsədxananın konfrans zalında təşkil olunan tədbirdə Ədalət Ətayi astronomiya elmi haqqında məruzə ilə çıxış edib. O, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Konfransın ardınca ŞAR-ın əməkdaşı, a.ü.f.d. Orxan Xəlilov 2 m-lik teleskopun tarixi, iş prinsipi, onun vasitəsilə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə iştirakçılara məlumat verib.

Düşərgə iştirakçıları, həmçinin rəsədxananın elmi işçisi Səbahəddin Alışovun müşayəti ilə 70 santimetrlik teleskop vasitəsilə gecə müşahidəsində olublar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.