Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur
Avg 27 , 2019 | 06:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2671 )

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Aran zonasının - Sabirabad, Salyan, Saatlı, Neftçala rayonlarının toponimləri tədqiq edilib. Ərazi üzrə 200 toponim qeydə alınıb. Onlar növünə görə oykonimlər, hidronimlər, az miqdarda oronimlər və s. toponimlərdən ibarətdir.

Rayon toponimiyasının tərkibində oykonimlər üstünlük təşkil edir. Bunun başlıca səbəbi ərazinin coğrafi şəraiti və relyef xüsusiyyətləri ilə bağlıdır. Burada düzənlik və dəniz səviyyəsindən aşağı olan sahələr geniş yer tutduğu üçün ərazidə tayfa, nəsil, tirə və şəxs adını əks etdirən oykonimlər geniş yayılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.