Fotos
Azərbaycanlı məktəbli Avropa İnformatika Olimpiadasında medal qazanıb
Avg 29 , 2019 | 03:05 /
Oxunma ( 1863 )

Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı məktəblilərin də qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada gümüş medala layiq görülüb. O, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir.

Xatırladaq ki, avqustun 23-də başlanan olimpiada bu gün başa çatır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.