Fotos
Gənc alim Türkiyədə keçirilən beynəlxalq konqresdə elmi məruzə edib
Sen 02 , 2019 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2249 )

2 sentyabr 2019-cu il tarixdə Türkiyənin Niğdə şəhərində 21-ci "Beynəlxalq Mexanika Konqres"i öz işinə başlayıb. Dünyanın aparıcı elm mərkəzləri, universitetlərinin aparıcı riyaziyyatçı  alimlərinin bir araya gəldiyi bu möhtəbər elm tədbirində ölkəmizi AMEA Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov təmsil edir. TUMTKM, İstanbul Texniki və Niğdə Ömər Halisdəmir universitetlərinin birgə ərsəyə gətirdiyi bu tədbir rəsmi açılışından sonra seksiya iclasları ilə öz işini davam etdirib.

Gənc alim E.Bağırov "The Influence of Inhomogeneous Initial Stresses on the Dispersion of Axisymmetric Longitudinal Wave Propagating in the Hollow Cylinder" mözusunda məruzə edib, sualları cavablandırıb.
Elmi konqres 6 sentyabr 2019-cu il tarixinə qədər davam edəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.