Fotos
Akademik Akif Əlizadə yenidən Geologiya və Geofizika İnstitutunun direktoru seçilib
Sen 11 , 2019 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 1992 )

Sentyabrın 11-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrin elmi işlər üzrə direktor müavinləri və elmi katibləri iştirak ediblər.

İclası akademik Fəxrəddin Qədirov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra bir sıra təşkilati məsələlərə baxılıb. Belə ki, Geologiya və Geofizika İnstitutunun dissertantı Günay Əhmədovanın fəlsəfə doktorluq dissertasiya işinin adında qismən dəyişiklik edilib. Bundan əlavə, GGİ-nin fəlsəfə doktoru hazırlığı üzrə doktorantları Nabat Qocayeva və Sultan Cəfərov öz xahişləri ilə doktoranturadan xaric olunublar.

İclasda daha sonra Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin nəticəsinə görə, akademik Akif Əlizadə yenidən Geologiya və Geofizika İnstitutunun direktoru seçilib. Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.