Tələbələr AMEA İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçirlər
Sen 11 , 2019 | 11:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 1537 )

AMEA İnformasiya Texnologiyaları İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tətbiqi riyaziyyat ixtisası üzrə təhsil alan və hazırda institutda elmi tədqiqat təcrübəsi keçən IV kurs tələbələri ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi katib Mədinə Səidova informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar barədə məlumat verib. O, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Bu sahədə tədqiqat aparan gənclərə böyük ehtiyac olduğunu qeyd edən Mədinə Səidova tələbələrə institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə edib.

Şöbə müdiri Gülnarə Nəbibəyova elmi-tədqiqat təcrübəsi üçün instituta təhkim olunan tələbələrin veb-texnologiyalar, onların elmi-nəzəri problemləri, veb-saytların yaradılması və klassifikasiyası istiqamətlərində araşdırma apardıqlarını bildirib.

Sonra elmi-tədqiqat təcrübəsi rəhbərləri tələbələrin təhkim olunduqları şöbələrdə apardıqları araşdırmalar haqqında məlumat veriblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.