Fotos
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Sen 12 , 2019 | 10:00 / Mühüm hadisələr
Oxunma ( 1423 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, iclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin elmə xüsusi önəm verdiyini vurğulayıb. Yeni əsasnaməyə görə, fəlsəfə və elmlər doktoru elmi dərəcələri almaq üçün təqdim edilmiş dissertasiyalara qoyulan tələblərdən danışan akademik qeyd edib ki, Elmi Şura və onların nəzdindəki seminarlar daha fəal işləməli, təqdim olunan işləri ciddi ekspertiza etməlidirlər. Habelə həm elmi rəhbərlər, həm də dissertant və doktorantlar dissertasiya mövzularını seçərkən diqqətli olmalı, seçilən mövzular aktual olmaqla bərabər, böyük əhəmiyyət kəsb edən problemin yeni həllinə yönəlməlidir.

Eyni zamanda, bu il institutun magistraturasına 10 nəfərin qəbul olunduğu diqqətə çatdırılıb. Magistrlərin fərdi iş planları və elmi rəhbərləri təsdiq edilib.

Akademik Dilqəm Tağıyev deyib ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı, innovativ elmi-tədqiqat işlərinin aparılmasına üstünlük verilməlidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.