Fotos
Gənc alim Mehrac Abbasov Tailandda 4 günlük ezamiyyətdə olmuşdur
Sen 16 , 2019 | 11:41 / Mühüm hadisələr
Oxunma ( 2754 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Tailandda 4 günlük ezamiyyətdə olmuşdur.

O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Banqkok şəhərində keçirilən “Genetik Modifikasiya olunmuş məhsulların risk əsaslı effektiv qiymətləndirilməsi və idarəetmənin tənzimlənməsi” adlı beynəlxalq iclasda iştirak etmişdir. Tədbirə 74 ölkədən 103 nəfər alim və mütəxəssis qatılmışdır. İclasın keçirilməsində əsas məqsəd FAO tərəfindən yaradılmış GMO məhsulları üzrə beynəlxalq platformanın imkanlarının genişləndirilməsi, ölkələr arasında effektiv əlaqələrin yaradılması və əməkdaşlığın genişləndirilməsindən ibarət olmuşdur. İclasda dünya ölkələrində genetik modifikasiya olunmuş orqanizmlər və onlardan yarana biləcək risklərin qiymətləndirilməsi, biotəhlükəsizlik sistemlərinin yaradılması və təkmilləşdirilməsi, inkişaf etmiş ölkələrdə olan təcrübənin yayılması üzrə müzakirələr aparılmışdır. M.Abbasov Azərbaycanda genetik modifikasiya olunmuş bitkilər üzrə yaradılmış Ekspert Komissiyasının fəaliyyəti, ölkədə son illərdə qida təhlükəsizliyi sahəsində aparılan islahatlar, GMO-nun təyini üzrə görülən işlər, genom redaktəsi texnologiyası üzrə aparılan kadr hazırlığı və FAO-nun dəstəyi ilə həyata keçirilmiş regional əməkdaşlıq layihəsi haqqında məruzə ilə çıxış etmişdir.

M.Abbasov, həmçinin ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Serbiya, Küveyt, Belarus və s. ölkələrin əməkdaşları ilə biotəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmiş və gələcəkdə beynəlxalq layihələrdə birgə iştirak haqqında danışıqlar aparmışdır.  

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.