AMEA-nın gənc alimi Almaniyada elmi-tədqiqat işləri aparıb
Sen 17 , 2019 | 02:46 / Mühüm hadisələr
Oxunma ( 2697 )

AMEA Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Almaniyanın Drezden Texniki Universitetinin Meşə Artımı departamentində elmi-tədqiqat işləri aparıb.

AzEdu.az xəbər verir ki, tədqiqatlar zamanı Azərbaycanın müxtəlif ərazilərində yayılmış palıd ağaclarından toplanmış nümunələrin müqayisəli dendroxronoloji analizləri aparılmış, iqlim amillərinin təsiri ilə ağacların illik halqalarında baş vermiş dəyişkənliklər araşdırıb.

Gənc tədqiqatçının apardığı araşdırmalar Almaniya Akademik Mübadilə Proqramının (DAAD) 2018-2019 akademik ili üçün elan etdiyi tədqiqat təqaüdü programının dəstəyi ilə 2 ay müddətində davam edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.