AMEA-nın təkmilləşməsi ilə bağlı tədbirlər planı artıq hazırdır
Sen 19 , 2019 | 02:56 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3198 )

“İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün tapşırılan tədbirlər planı artıq hazırdır”.

AzEdu.az xəbər verir ki, bu sözləri  Axar.az-a açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

“Prezidentin fərmanı ilə bağlı hazırlıqlar gedir. Akademiya bu məsələnin həllinə və tədbirləri həyata keçirməyə hazırdır. Haçan desələr, o zaman tədbirlər planı Prezidentə təqdim olunacaq”, - A.Əlizadə bildirib.

AMEA prezidenti qurumdakı struktur islahatları, həmçinin institutların birləşməsi ilə bağlı məsələlər barədə danışmayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.