AR Prezidenti yanında Elmin İnkişafı Fondunun yeni təyin olunan icraçı direktoru kollektivə təqdim edilib
Sen 23 , 2019 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 1808 )

Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin olunan Mehriban İmanova qurumun kollektivinə təqdim edilib.

Təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva və Bakı Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev iştirak ediblər.

F.Əliyeva Prezident İlham Əliyevin elmə daim xüsusi önəm verdiyini diqqətə çatdırıb, fondun yaranma tarixindən, ölkəmizdə elmin inkişafına verdiyi töhfələrdən söz açıb, tövsiyələrini verib.

E.Babayev isə öz növbəsində fondun beynəlxalq aləmdə nailiyyətlərinə toxunub, yeni icraçı direktora uğurlar arzulayıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.