Fotos
“Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinə yekun vurulub
Sen 23 , 2019 | 03:00 / Elmi müsabiqələr
Oxunma ( 1940 )

AMEA-nın akad.Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) IX-X sinif şagirdlər arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin III mərhələsi keçirilib.

Müsabiqə NKPİ-nin 90 illik yubileyi ilə əlaqədar olaraq baş tutub və suallar qeyri-standart məsələlər formasında şagirdlərə təqdim olunub.

IX siniflər arasında akademik Zərifə Əliyeva adına liseyin şagirdi Şamil Fərzəlizadə, X sinif üzrə isə 32 saylı Zəngilan rayon tam orta məktəbin şagirdi Fidan Abışova birinci yerə layiq görülüblər.

Qeyd edək ki, bu mərhələdə iştirak edən şagirdlərdən I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr veriləcək, III mərhələnin digər iştirakçıları isə fərqlənmə diplomu ilə mükafatlandırılacaqlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.