AMEA Geologiya və Geofizika İnstitutunda "Azərbaycan Milli Məlumat Mərkəzinin təkmilləşdirilməsi və bacarıqların artırılması" adlı təlim təşkil olunacaq
Sen 24 , 2019 | 02:33 / Mühüm hadisələr
Oxunma ( 1311 )

"Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatı" (CTBTO) tərəfindən AMEA Geologiya və Geofizika İnstitutunda "Azərbaycan Milli Məlumat Mərkəzinin təkmilləşdirilməsi və bacarıqların artırılması" adlı təlim təşkil olunacaq. 25 sentyabr 2019-cu il tarixindən başlayaraq üç gün müddətində davam edən təlimlər İnstitutun "Kiçik akt zalı"nda keçiriləcəkdir (II mərtəbə, saat 10:00-13:00)

Təlimin mövzuları:
1. Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatı (CTBTO);
2. Seysmik manitorinq;
3. İnfrasəs manitorinqi;
4. Hidroakustik manitorinq;
5. Radionuklid manitorinqi;
6. Təhlükəsiz Web Portal və qeydiyyatda olan istifadəçilər üçün mövcud olan digər web xidmətlər;
7. Milli Məlumat Mərkəzinin yaradılması, fəaliyyəti və idarə olunması;
8. Hadisə baş verən sahənin yerində təftiş olunması;
9. Geotool və Seiscomp3 proqram paketləri;
10. İnfrasəs məlumatlarının DTK-GPMCC proqramı vasitəsilə emalı.

Arzu edənlər bu təlimdə iştirak edə bilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.