Fotos
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda gənclər üçün marifləndirmə tədbiri keçirilib
Sen 28 , 2019 | 12:39 / Mühüm hadisələr
Oxunma ( 1830 )

27 sentyabr 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Ümumilli lider Heydər Əliyevin ölkədə ali siyasi hakimiyyətə gəlişinin 50 illiyi”nə həsr olunmaş elmi-praktik konfrans keçirildi. Tədbir İnstitutun Kitabxana və elmi informasiya şöbəsinin hazırladığı Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev - əbədiyyətə gedən yol” adlı kitab sərgisinə baxış ilə başladı.

  İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş nitqi ilə açan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə Ümumilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rolundan bəhs etdi.

  Daha sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ümumilli liderimiz Heydər Əliyev və onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin Azərbaycan gəncliyinin elmi potensialının artırılması naminə imzaladığı fərman və sərəncamlardan bəhs etdi, AMEA-nın gənc alim və mütəxəssilərinin hökümət rəhbərliyinin bu diqqətindən ruhlanaraq elmə verdiyi töhfələrdən danışdı.

  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva tədbirdə çıxış edərək xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatı nümunələrinin dünyada təbliği sahəsində gördüyü işlərdən, şair, yazıçı və ümumən qələm sahiblərinə göstərdiyi qayğı və diqqətdən bəhs etdi.

  Tədbirdə çıxış edən Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Heydər Əliyevin Azərbaycan təhsili üzrə həyata keçirdiyi  islahatlardan, institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva isə dahi liderin Azərbaycan dilinin qorunması və inkişafında olan rolundan söhbət açdı. Böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova nitqində hələ Sovet hakimiyyəti illərində ümummilli liderimizin yüzlərlə Azərbaycan gəncinin İttifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil alması üçün göndərilməsindən və dövlət gənclər siyasətinin Azərbaycanda gənc alimlərin inkişafına da təkan verməsindən danışdı. Gənc mütəxəssis Hikmət Rzazadə nitqində ulu öndərin Azərbaycanda ordu siyasətini həyata keçirməsindən və silahlı qüvvələrimizin möhkəmlənməsi uğrunda apardığı islahatlardan söhbət açdı. İclasın sonunda Əməkdar Mədəniyyət işçisi, İnstitutun baş rəssasmı Seyfəddin Mənsimoğlu Heydər Əliyevin xatirəsini əbədiləşdirmək istiqamətində gördüyü işlərdən bəhs etdi və gənclərə ağsaqqal tövsiyyəsini verdi.

Tədbirdən sonra iştirakçılar ulu öndərin fotosu önündə xatirə şəkli çəkdirdilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.