AMEA Botanika İnstitutunun magistrı İtaliyada təcrübə keçib
Okt 01 , 2019 | 11:28 / Mühüm hadisələr
Oxunma ( 1964 )

AMEA Botanika İnstitutunun magistrı Elnarə İsgəndərli İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ) Turində yerləşən Davamlı Bitki Mühafizə İnstitutunda elmi ezamiyyətdə olub. Ezamiyyət AMEA Botanika İnstitutu və İMTŞ-nın Davamlı Bitki Mühafizəsi İnstitutu arasında bağlanılmış elmi əməkdaşlığa dair Saziş əsasında həyata keçirilib.

E.İsgəndərli prof. Dr.Massimo Turinonun rəhbərliyi ilə “Cryphonectria parasita göbələyinin populyasiyasında dsRNT-nin axtarışı və lakkaz aktivliyinin təyini” mövzusunda diplom işinin  bir hissəsini İMTŞ-nın Davamlı Bitki Mühafizə İnstitutunda tədqiq edib. Təcrübə müddətində Azərbaycanın müxtəlif rayonlarından toplanmış şabalıd ağacında parazitlik edən invaziv Cryphonectria parasitica nümunələri muasir metodlarla araşdırılmış, dsRNT-nin ayrılması və real time PZR ilə səciyyələndirilməsi metodu öyrənilmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.