Fotos
Gənc geoloq alimlərimizin elmi məqaləsi dünyanın ən reytinqli jurnalında nəşr olunub
Okt 02 , 2019 | 06:26 / Elmi nəşrlər
Oxunma ( 2203 )

AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun və elmi işçisi Elnur Baloğlanovun həmmüəllifləri olduqları məqalə neft geologiyası sahəsində dünyanın ən reytinqli, Q1 kateqoriyalı jurnalı sayılan “Marine and Petroleum Geology” dərgisində çap olunub. Yerli və fransız alimlərin çoxillik tədqiqatlarıının nəticələrilə ərsəyə gələn “Mud volcano growth by radial expansion: Examples from onshore Azerbaijan” adlı məqalə palçıq vulkanlarının morfoloji formalarının əmələ gəlməsinə, o cümlədən vulkan qurğusunun təkamülü üçün yeni modellərın və qanunauyğunluqların müəyyənləşdirilməsinə həsr edilib.

 2016-cı ildən başlayaraq palçıq vulkanizmi problemilə bağlı tədqiqatları davam etdirən yerli və fransız alimlərin əldə etdikləri yeni analoji elmi nəticələr, həmçinin Avstriyada, Norveçdə, Fransada və Amerikada baş tutan dünyanın ən nüfuzlu elmi konfranslarında məruzə olunub.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.