Akademik Akif Əlizadə 65 il AMEA-da işləyən qadını “Qocalar evi”ndə tapdı
Okt 02 , 2019 | 06:43 /
Oxunma ( 1764 )

Ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi 1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatına baş çəkiblər.AzEdu.az-ın məlumatına görə, görüş zamanı maraqlı məqam yaşanıb. Belə ki, ömrünün 65 ilini Azərbaycan Milli Elmlər Akademiyasında işləmiş Sona Rəhimbəyova YAP-ın sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə ilə görüşüb.

AMEA-nın prezidenti görüş zamanı ötən günləri xatırlayıb: "Sovet vaxtı AMEA-nın çox yaxşı komsomol təşkilatı var idi. Biz də orada gənclərlə görüşürdük, gecələri onlarla keçirirdik, orkestrlər yaranırdı, çıxışlar olurdu, sərgilərdə iştirak edirdik. Sona Rəhimbəyova ilə biz orada aktiv iştirakçılardan idik. İndi də görürəm Sona xanım aktivdir, canı sağlamdır, Allah ömrünü uzun etsin".
Qeyd edək ki, Sona Rəhimbəyova 1933-cü ildə anadan olub. O, 65 il akademiyada işləyib. Uğurlu fəaliyyətinə görə müxtəlif orden və medallarla təltif olunub.

"Evim var idi. Uşaqlarım satıb xaricə köçdü. Məni də aparmaq istəyirdilər, getmədim" - deyə Rəhimbəyova bildirib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.