Fotos
“Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Okt 03 , 2019 | 11:12 / ELMİN TƏBLİĞİ
Oxunma ( 1805 )

03 oktyabr 2019-cu il tarixində saat 10-da AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 9-10-cu sinif şagirdləri arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

 

Öncə Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov konfrans iştirakçılarını salamlayıb və yubiley ərəfəsində keçirilən “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsi haqqında qonaqlara məlumat verib.

Sonra qaliblərə sertifikat və hədiyələrin verilməsi üçün sözü Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyevə verib.

Akademik Vaqif Fərzəliyev qaliblərə sertifikat və notbuk təqdim edib.

 

 

 

 

 

 

 

 

 

Sonda şagirdlərin valideyinləri çıxış edərək bu müsabiqənin təşkili üçün akademik Vaqif Abbasova və institutun kollektivinə öz təşəkkürlərini bildirdilər.

 

 

Olimpiadada qalib olmuş şagirdlər aşağıdakılardır:

IX sinif üzrə:

I yer -  Akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Fərzəlizadə Şamil Əlifağa oğlu;

I yer -  6 №li tam orta məktəbin şagirdi – Qasımov Səid Eldəniz oğlu;

II yer - BDU-nun nəzdində “Gənc istedadlar” liseyin şagirdi – Xəlilova Fatimə Fəxri qızı;

III yer - akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Tarverdiyev Ələsgər Yalçın oğlu,

III yer - akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Əmirova Şəbnəm Zöhrab qızı.

X sinif üzrə:

I yer -  32 saylı Zəngilan rayon tam orta məktəbin şagirdi – Abışova Fidan Vüqar qızı;

II yer - Akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Abusəmədov Rəvan Nəcməddin oğlu;

III yer - Akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Bəkirli İlahə İlham qızı,

III yer - BDU-nun nəzdində “Gənc istedadlar” liseyin şagirdi – Hüseynzadə Əkbər Səyavuş oğlu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.