Fotos
AMEA rəhbərliyi "Science City" Yaşayış Kompleksində gedən işlərlə tanış olub
Okt 04 , 2019 | 08:13 / Mühüm hadisələr
Oxunma ( 1881 )

Bu gün, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə, Vitse-prezidenti akademik İbrahim Quliyev, İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev inşaat ərazisinə baxış keçirib. #ScienceCity layihəsinin icracı direktoru Fərid Vaqifli tərəfindən yekunlaşmaq üzrə olan I bina və inşaat prosesi haqqında ətraflı məluamt verilib. Daha sonra isə II binanın təməlinin qazılması prosesi ilə tanışlıq olub. AMEA rəhbərliyi inşaat heyəti ilə öz dəyərli məsləhətlərini bölüşdükdən sonra gələcək işlərdə uğurlar arzulayıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.