Soçidən Azərbaycan düşmənlərinə ciddi xəbərdarlıq
Okt 07 , 2019 | 03:32 / Müsahibələr, çıxışlar
Oxunma ( 1556 )

Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası Azərbaycan Prezidentinin qətiyyətli çıxışı ilə yadda qaldı. Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə səsləndirdiyi məsuliyyətsiz bəyanatlara dövlət başçımız konkret və məzmunlu cavab verdi.

Bu fikirləri AMEA Gənc Alimlər Şurası İdarə Heyətininin üzvü, Gənc Təd­qi­qat­çılar Birliyinin rəhbəri, mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru, Emin Bağırov bildirib.

E.Bağırov qeyd edib ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Prezidenitinin dəvətilə Soçi şəhərinə işgüzar səfərdə olması və səfər çərçivəsində iki ölkənin liderləri arasında görüş keçirilməsi Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. Bunu Rusiya Prezidenti də çıxışında təsdiqlədi. O dedi ki,  Azərbaycan-Rusiya strateji əlaqələri dinamik inkşafla gedir və bunun əsas səbəbkarı məhz cənab İlham Əliyevdir.  

Alim bildirib ki, bundan əvvəl Rusiya Prezidentinin Ermənistana səfəri və baş nazir Nikol Paşinyana soyuq münasibəti hətta erməni mediası tərəfindən belə tirajlanmışdı. Bu forumda isə dünyanın bir çox liderləri, akademik dairələr, biznes qurumları, beynəlxalq təşkilatlar və s. iştirak edirdilər. Valday klubu öz-özlüyündə beynəlxalq münasibətlərin, bütün aktual problemlərin həlli yollarının düşünülməsi üçün əla platformadır.

Tədqiqatçı əlavə edib ki, Valday Klubunun iclasında  diqqətçəkən mə­qam­la­rdan biri məhz Prezident İlham Əliyevin çıxışı oldu. Bu nitq Azərbaycan düşmənlərinə bir xəbərdarlıq xarakteri daşıyırdı.

Belə ki, dövlət başçımız çıxışında Azərbaycan-Rusiya arasındakı bütün strateji münasibətlərə toxunaraq, xüsusən də əmtəə-mal mübadiləsinin 20 faiz artmasının və bundan sonra da daha da artacağını forum iştirakçılarının diqqətinə çatdırdı. Nitqinin yekununda isə  Dağlıq-Qarabağ və ətraf yeddi rayonun işğalından,etnik təmizləmədən, bu gündə Ermənistanın hərbi təcavüzü davam etdirdiyini bildirən dövlət başçısı bildirib ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın publikaya hesablanmış “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı sülh proseslərinə zərbə vurur. Prezident bildirdi ki, birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə , Qarabağ Azərbaycandır və nida işarəsi.”  Ölkə rəhbərinin belə mötəbər tədbirdə lazımi anda Azərbaycanın haqq səsini dünyaya çatdırması bir daha dövlət başçımızın qətiyyətini və cəsarətini ortaya qoymuş oldu.  

Beləliklə, Ermənistan baş nazirinin təxribatçı və sərsəm bəyanatı Prezident İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. İşğalçı  siyasətin aqibəti də beləcə xalqımızn iradəsi və ordumuzun qüdrəti ilə yekunlaşacaq.

 

“Xalq qəzeti”

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.