AMEA Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq layihədə uğurla iştirak edir
Okt 10 , 2019 | 08:10 / Mühüm hadisələr
Oxunma ( 1841 )

AMEA Botanika İnstitutu və Berlin Botanika Bağı və Botanika Muzeyi (BGBM, Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsinin II mərhələsi  üzrə Azərbaycan florasında yayılan Scutellaria L. və Pyrus L. (yabanı armud) bitki cinslərinin öyrənilməsi, onların filogenetik mənşəyini müəyyən etmək istiqamətində müasir tədqiqat işləri davam etdirilir.

Layihə çərçivəsində İnstitutun doktorantı, həmin beynəlxalq layihənin iştirakçısı Aytən Fətdayeva Berlin Frei Universitetində (Almaniya) Bitkilərin Molekulyar Filogenetikası üzrə təşkil olunan ixtisas kursunda təlim keçir və Pyrus L. cinsi üzərində molekulyar səviyyədə elmi-tədqiqat işlərini davam etdirir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.