Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Açıq qapı" günü keçirilib
Okt 11 , 2019 | 01:58 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2597 )

10 oktyabr   tarixində AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Açıq qapı” günü təşkil olunub. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan bu elmi-kütləvi tədbirdə Azərbaycan Pedaqoji Universitetin Coğrafiya və Tarix-Coğrafiya fakültəsinin II kurs tələbələri fakultənin müəllimi Mehmanə Sadiqin rəhbərliyi iştirak ediblər. Tələbələr İnstitutun kitabxanası, Torpaq muzeyi və bəzi laboratoriyalar  ilə tanış olublar. Torpaq Muzeyinin mudiri a.e.ü.f.d. Rəna Mirzəzadə və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev tələbələrə geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.