“Gənc kimyaçılar elmdə” müsabiqəsinin qalibləri məlum olub
Okt 11 , 2019 | 11:07 / Elmi müsabiqələr
Oxunma ( 2091 )

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 12 mart 2019-cu il tarixli 128 nömrəli sərəncamına əsasən respublikanın ayrı-ayrı elm və təhsil müəssisələrində çalışan gənc kimyaçıların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə “Gənc kimyaçılar elmdə” adlı müsabiqə elan edilmişdir. Müsabiqədə iştirak etmək üçün 30 gənc kimyaçının namizədliyi irəli sürülmüşdür.

Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi üçün AMEA prezidentinin 23 sentyabr 2019-cu il tarixli 628 nömrəli sərəncamı ilə Ekspert komissiyası yaradılmışdır. Ekspert komissiyası təqdim olunmuş işləri ciddi təhlil edərək, namizədlər haqqında müvafiq rəyini AMEA-nın prezidentinə təqdim etmişdir.

Ekspert komissiyasının rəyinə əsasən aşağıda adları qeyd olunan gənc alimlər müvafiq yerlər üzrə qalib hesab olunublar:

I yer - AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Hüseynova Xuraman Akif qızı.

II yer - Bakı Dövlət Universitetinin müəllimi, kimya üzrə fəlsəfə doktoru Məlikov Elvin Yaşar oğlu.

III yer - AMEA-nın Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi Məmmədov Cövdət Şiraz oğlu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.