Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunun gənc mütəxəssisi beynəlxalq müsabiqədə bürünc medal qazanıb
Okt 15 , 2019 | 10:12 / Mühüm hadisələr
Oxunma ( 2060 )

Bu ilin sentyabr ayında İnstitutun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasın gənc mütəxəssisi Hüseyn Əlili Qətərdə İslam Əməkdaşlıq Gənclik Forumu (ICYF) və Qətərin Mədəniyyət və İdman Nazirliyi tərəfindən təşkil edilən, gənc novator və tədqiqatçıların elmi işlərinin nümayişi üçün qlobal bir platforma olan "Doha innovasiya-2019" adlı beynəlxalq konfransda iştirak edib. Gənc mütəxəssis 32 ölkədən 42 iştirakçı arasında Azərbaycandan olan yeganə nümayəndə olub. O, "Prostat spesifik membran antigeninin inhibitoru əsasında diaqnostik agentlərin məqsədli çatdırılması üçün suyun artırılması ilə sintez" magistr mövzusunda təqdimat edərək, Cenevrədən dəvət olunmuş münsiflər heyətinin rəyi əsasında bürünc medal və sertifikata layiq görülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.