Akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
Okt 15 , 2019 | 01:17 / Mühüm hadisələr
Oxunma ( 1412 )

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Elmlər Akademiyasının 150 illiyinə həsr edilmiş yubiley tədbirində iştirak etmək üçün Sofiya şəhərində səfərdə olub.
Səfərin ilk günü akademik Akif Əlizadə Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında mövcud elmi əməkdaşlıq əlaqələrindən danışılıb, münasibətlərin bundan sonra daha da genişləndirilməsi, o cümlədən müxtəlif elmi istiqamətlərdə birgə layihələrin hazırlanması qərara alınıb.
Həmin gün nümayəndə heyəti Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova ilə görüşüb və tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Görüşdə akademik Akif Əlizadə xanım T.Petkovaya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalını təqdim edib.
Daha sonra Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyi ziyarət olunub. Muzeyin direktoru, professor Nikolay Spasovla keçirilən görüşdə Kiçik Qafqazda, Azərbaycanın Daşkəsən rayonu ərazisində tapılan qranat (Süleymandaşı) mineral daşı muzeyə hədiyyə edilib.
Səfərin ikinci günü Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasim keçirilib. Tədbirdə AMEA prezidentinin video-müraciəti nümayiş olunub, akademik A.Əlizadə yubileydə çıxış edib. Yubiley tədbirində Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalskiyə hədiyyə təqdim edilib.
Akademik Akif Əlizadə, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibə verib.
Yubiley mərasimi Bolqarıstanın Milli Mədəniyyət Sarayında başa çatıb. Bolqarıstan Respublikasının Prezidentinin, hökumət üzvlərinin, parlament nümayəndələrinin, alimlərin və qonaqların iştirak etdiyi tədbirdə dövlət başçısı Rumen Radev, Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalski və başqaları çıxış ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.