Gənc alimin növbəti elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub
Okt 16 , 2019 | 06:24 / Elmi nəşrlər
Oxunma ( 347 )
 
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun daha bir elmi məqaləsi Amerikanın nüfuzlu “Computers, Materials and Continua” jurnalında nəşr olunub. “Dynamics of the Moving Ring Load Acting in the System “Hollow Cylinder + Surrounding Medium” with Inhomogeneous Initial Stresses”  adlı məqalənın nəşr olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir və yüksək impakt faktorlu ( Impact Factor 3.024) dərgi hesab edilir.  
Məlumat üçün qeyd edək ki, gənc mexanik alimin bundan əvvəlki məqaləsinin dərc olunduğu Niderlanda məxsus jurnalın beş illik impakt faktor faktoru 3,33 idi. Olduqca spesifik və tətbiqi xüsusiyyətli sahə üzrə tədqiqat aparan alimin daha bir neçə elmi məqaləsi xeyli yüksək reytinqə malik jurnallar dərəfindən nəşrə qəbul olunub, çap ərəfəsindədir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.