AMEA Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı beynəlxalq proqramda iştirak edib
Okt 17 , 2019 | 12:00 /
Oxunma ( 1414 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) əməkdaşı Şəhriyar Cəfərzadə “Kalibr Sahə Nəzəriyyələrində olan Differensiyal İnvariantlar” adlı beynəlxalq proqramda iştirak edib.

İtalyanın Trieste şəhərində yerləşən Abdus-Salam adına Beynalxalq Nəzəri Fizika Mərkəzində təşkil olunan və gənc alim və tələbələr üçün Nəzəri Fizikanın müasir problemlərinə aid müasir metodların tədrisinə, həmçinin bu sahədə əldə olunmuş yeni nəticələrin təqdimatına həsr olunan proqram iki həftə davam edib.

Qeyd edək ki, proqram daha çox multidissiplinar olması ilə yadda qalıb və proqramın daha çox məhsuldar keçirilməsi üçün Riyaziyyat və Nəzəri Fizika sahəsində ixtisaslaşmış alimlər bir araya gəliblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.