Fotos
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Slovakiyada elmi ezamiyyətdə olub
Okt 17 , 2019 | 08:59 /
Oxunma ( 2061 )

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova Slovakiya Kənd Təsərrüfatı Universitetinin bitki fiziologiyası və genetika departamentlərində elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfər “Dəyişən xarici mühit və stress şəraitində məhsuldarlığın artırılması üçün qabaqcıl fenomik yanaşma üsulları vasitəsilə fotosintezin effektivliyinin tədqiq edilməsi” mövzusunda təsdiq olunmuş layihə çərçivəsində reallaşıb.

Ezamiyyət müddətində Ü.İbrahimova Triricum aestivum L. genotiplərinin quraqlıq və duzadavamlılığının təyini istiqamətində təcrübələr aparmaqla yanaşı, bir sıra molekulyar analiz metodlarını mənimsəyib. O, həmçinin bitki fiziologiyası və genetika departamentlərinin əməkdaşları ilə gələcəkdə elmi məqsəd daşıyan görüşlər keçirilməsini və layihələrdə iştirakını müzakirə edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.