Riyaziyatçı gənc alimin ABŞ-a məxsus nüfuzlu impakt faktorlu jurnalda növbəti məqaləsi nəşr edilib
Okt 21 , 2019 | 04:37 / Mühüm hadisələr
Oxunma ( 2149 )

AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun son həftədə sayca ikinci elmi məqaləsi ABŞ-ın nüfuzlu və impakt faktorlu “Computer Modeling in Engineering and Sciences” jurnalında nəşr olunub.  İnstitutun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, həmçinin elmlər doktoru hazırlığı üzrə dissertantının yeni elmi məqaləsi “Forced vibration of the non-homogeneously pre-stressed system consisting of the hollow cylinder and surrounding medium” adlanır.   

Məlumat üçün bildiririk ki, perspektivli gənc alimin bundan öncəki məqaləsi ötən həftə, Amerikanın nüfuzlu “Computers, Materials and Continua” jurnalında nəşr olunmuşdu.  Son günlərdə nəşr olunan hər iki məqalənin mənsub olduğu dərgilər  “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir, həmçinin kompüter, riyaziyyat və mexanika sahələrində yüksək nüfuzlu jurnallar sırasındadırlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.