Fotos
AMEA-nın gənc alimləri Abşeron rayonun gənclərilə bir araya gəldilər
Okt 22 , 2019 | 03:10 / Mühüm hadisələr
Oxunma ( 1671 )

Bu gün AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin bir qrup üzvü Abşeron rayonun Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvlərilə görüşüblər. Xırdalan şəhər Heydər Əliyev mərkəzində baş tutan görüşün əsas məqsədlərini AMEA-da elm sahəsində aparılan islahatlar, həmçinin gənclərlə bağlı siyasətin əsas prioritetləri, elm və təhsilin inteqrasiyası çərçivəsində respublikada fəaliyyət göstərən ümumtəhsil ocaqlarının şagird, tələbə, magistr və doktorantları ilə əlaqəli ərasəyə gətirilən layihələr haqqında müzakirələr təşkil edirdi.

Tədbir, gənclərin ulu öndər Heydər Əliyevin Mərkəzdə yerləşən büstünün önünə çiçəklərin qoyulması ilə start götürüb. Daha sonra baş tutan geniştərkibli iclası Abşeron YAP Gənclər Birliyinin sədri Elnur Mirzəyev açıb. Gənc natiq rayonda gənclərlə bağlı aparılan islahatlardan və onların əhəmiyyətindən danışıb. O qeyd edib ki, Abşeron rayonunda yerləşən təhsil müəssisələrinin gəncləri AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə sıx əlaqələr qurmalı, Azərbaycanın elm həyatında aktiv iştirak etməlidir.

Növbəti çıxış edən Abşeron Rayton Təhsil şöbəsinin məhsul əməkdaşı Elmira İsmayılova rayonda fəaliyyət göstərən məktəblərin şagirdlərinin bu ilki uğurlarından, o cümlədən yerli və beynəlxalq müsabiqələrdə əldə olunan nəticələrdən məlumat verib. 

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov görüşün məqsədlərinə müvafiq olaraq təmsil etdiyi qurumda son illər bərqərar olunmuş siyasət, eləcə də ümumtəhsil müəssisələrilə qurulmuş sıx əlaqələr, xüsusi olaraq qısa zaman kəsiyində AMEA-da magistratura təhsililə bağlı əldə olunan yüksək nəticələr, gənc alimlərin elmi-innovativ ideyalarının reallaşdırılması üçün AMEA-nın Yüskək Texnologiyalar Parkında mövcud olan imkanlar haqqında gənncləri və rayonun səlahiyyətli nümayəndələrinin məlumatlandırıb. 

Sonuncu çıxış edən AMEA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) laboratoriya müdiri, fizikia üzrə fəlsəfə doktoru Fərid Əhmədov, SETM-də ölkə üçün mühüm əhəmiyyət kəsb edən tədqiqatlardan, həmçinin  perspektivli kadrlarla, o cümlədən gənclərlə əməkdaşlığın zərurətindən danışıb.   

Toplantının nəticəsi olaraq gələcəkdə rayonda fəaliyyət göstərən təhsil ocaqlarının innovativ düçüncəli gənclərinin AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə koordinasiyalı fəaliyyətinin, həmçinin AMEA-da yerləşən YTP-yə və SETM-ə mütəmadi olaraq elmi ekskursiyaların təşkili, eləcə də  birgə elmi seminarların keçirilməsilə bağlı planlar müzakirə olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.