Gələn il elmə 193,7 milyon manat vəsait ayrılacaq
Okt 24 , 2019 | 02:15 /
Oxunma ( 1798 )

2020-ci ildə elm xərclərinə 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da 2019-cu illə müqayisədə  57,4 milyon manat  və 42,1 faiz çoxdur.

Bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

Dövlət büdcəsinin zərfində qeyd edilib ki, həmin vəsait fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, dövlət və qeyri-müddət  elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tətqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönləndiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.