“Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək
Okt 31 , 2019 | 02:16 / Elmi müsabiqələr
Oxunma ( 1976 )

01 dekabr 2019-cu il tarixində Bakı Dövlət Universitetində “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək. Layihənin məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadada IX-X sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəklər.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq Gəncklər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumudur.

Qeyd edək ki, “Məktəblilərarası Astronomiya Olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikatvə hədiyyələrlə mükafatlandırılacaqlar.

İştirak etmək üçün aşağıdakı linkdən və ya təşkilatçıların internet səhifələrindən qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 10 noyabr saat 23:59-a qədər davam edəcək.

http://bit.ly/2pmmVfJ

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.