Fotos
Aşqarlar Kimyası İnstitutunda daha keyfiyyətli xüsusi təyinatlı yağın hazırlığı ilə bağlı müzakirə aparılıb
Noy 01 , 2019 | 12:04 / Görüşlər
Oxunma ( 1393 )

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Ukraynanın xüsusi texnika istehsal edən müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.

Hələ SSRİ dövründə Müdafiə Sənaye Kompleksinin tapşırığı ilə АМЕА Aşqarlar Kimyası İnstitutu Ukraynanın xüsusi texnika istehsal edən “V.O.Malışev аdınа zavod”la elmi-texniki əməkdaşlıq çərçivəsində institut tərəfindən həmin zavodda istehsal edilən xüsusi texnika üçün motor yağı (M-l6İXP-3) yaradılıb və istehsalı təşkil edilib.

Müasir vəziyyətlə əlaqədar Aşqarlar Kimyası İnstitutu qeyd olunan zavoda xüsusi təyinatlı dizel mühərrikləri üçün “M-16İXP-3” tipli yeni motor yağlarının yaradılması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirmək təklifi ilə müraciət edib. Sözügedən müəssisə institutun təklifini məmnuniyyətə qəbul edib və belə əməkdaşlığın onlar üçün vacib olduğunu vurğulayıb. Qeyd olunan istiqamətdə iki təşkilat arasında elmi-texniki əməkdaşlığı müzakirə etmək üçün müəssisənin iki rəhbər işçisi АМЕА-уа ezam olunub.

Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Vaqif Fərzəliyev qonaqlara institutun imkanları, laboratoriyalarda aparılan elmi tədqiqatlar haqqında məlumat verib. O, əməkdaşlığın tərəflər üçün faydalı olacağına ümid etdiyini bildirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.