Yeni Azərbaycan Partiyası Yasamal rayonu üzrə nümayəndəsi AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub
Noy 04 , 2019 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 1904 )

Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Yeni Azərbaycan Partiyası Yasamal Rayonu Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov qonaq olub. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutun Gənc alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə YAP-ın nümayəndəsi AMEA TAİ üzrə YAP-ın sədri b.ü.f.d Zaman Məmmədov, İnstitutun Gənc alimlər və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev və şuranın üzvləri ilə görüşüb. Elməddin Əmirov sosial şəbəkələrlə bağlı gənclərə bəzi məsləhətlər verib və suallar cavablandırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.