ABŞ-ın Bitki Toplanılması Əməkdaşlığının nümayəndələri AMEA Botanika İnstitutunda işgüzar səfərdə olublar
Noy 05 , 2019 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 1363 )

ABŞ-ın Botanika Bağlarının Bitki Toplanılması Əməkdaşlığının üzvləri, direktor Dr. Philip Douglas (Çikaqo Botanika Bağı) və İsveçrənin Aqrar Elmləri Universitetinin professoru Dr. Henrik Sjöman (Göthenburg Botanika Bağları) AMEA Botanika İnstitutunun qonağı olublar. Səfərin məqsədi 2017-ci ildə AMEA Botanika İnstitutu və ABŞ-ın Bitki Toplanılması Əməkdaşlığı arasında bağlanmış Memorandum çərçivəsində həyata keçirilən birgə layihələrin müzakirəsi olub. Görüş zamanı İnstitutunun direktoru, akademik Validə Əlizadə qonaqlara İnstitutun beynəlxalq layihələri və elmi tədqiqat işləri haqqında məlumat verib. Müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin, qonaqlar İnstitutda fəaliyyət göstərən laboratoriyaları və Herbari fondunu ziyarət ediblər. Səfər müddətində xarici alimlərin iştirakı ilə Lənkəranın meşə ekosistemində Quercus castaneifolia və Parrotia persicaağac növlərini müşahidə etmək məqsədilə müştərək ekspedisiya həyata keçirilib. Çöl-tədqiqat işlərinin yerinə yetirilməsində İnstitutun əməkdaşları b.ü.f.d. Kəmalə Əsədova və doktorant Nigar Mürsəl qızı təcrübə qazanmaq məqsədilə iştirak ediblər. Sonda Botanika İnstitutunun gənc alim və mütəxəssisləri tərəfindən təşkil olunan seminarda qonaqlarapardıqları tədqiqatların nəticələri ilə gəncləri tanış ediblər. Onların elmi fəaliyyəti ilə bağlı məruzəsi gənclər tərəfindən maraqla qarşılanıb, müasir metodların istifadəsinə dair geniş müzakirələr aparılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.