Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunun gənc tədqiqatçıları Türkiyədə beynəlxalq konfransda məruzə ediblər
Noy 04 , 2019 | 03:42 / Mühüm hadisələr
Oxunma ( 2103 )

31 oktyabr - 3 noyabr 2019-cu il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş “2nd İnternational Environmental Chemistry Congress” adlı beynəlxalq konfrans keçirilib. Bu nüfuzlu elmi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını gənc tədqiqatçılar olaraq Aşqarlar Kimyası İnstitutunun elmi işçiləri Səbiyə Osmanova və Günay İsmayılova iştirak etmişlər.

Gənc tədqiqatçılar “Antimicrobial Properties of some Amidies of 1,1- bis-(carboxymethylthio)-1-pyenylethane” və “Synthesis of new compounds bis(2,2-dialkyl-1,3-dioxolan-4-ilmethyl-sulphides)on the basis of ecologically pure glycerin derivatives” adlı məruzələrlə çıxış etmiş, sertifikata layiq görülmüşlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.