“Məktəblərdə astronomiya günləri” layihəsinə başlanılıb
Noy 13 , 2019 | 11:17 / Görüşlər
Oxunma ( 1974 )

Noyabrın 12-dən etibarən Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi çərçivəsində “Məktəblərdə astronomiya günləri” qlobal layihəsinə başlanılıb.

Layihəyə əsasən, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alim və mütəxəssisləri tərəfindən Şamaxı və Bakı şəhər ümumtəhsil məktəblərində astroseminarlar təşkil ediləcək.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ŞAR, Şamaxı Rayon Təhsil şöbəsi və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə həyata keçiriləcək təşəbbüsün əsas məqsədi məktəbliləri ən qədim elm sahələrindən biri olan astronomiya haqqında məlumatlandırmaq, bu elmin əhəmiyyətini onlara aşılamaqdır.

Seminarların sonunda fərqlənən şagirdlərə sertifikatlar təqdim ediləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.