Fotos
AMEA Botanika İnstitutunun əməkdaşları Şəkidə fenoloji tədqiqatlar aparıblar
Noy 15 , 2019 | 09:33 /
Oxunma ( 2043 )

1-10 noyabr 2019-cu il tarixlərində AMEA Botanika İnstitutu ilə AMEA Şəki Regional Elmi Mərkəzi arasında elmi əməkdaşlıq çərçivəsində müştərək çöl tədqiqatları həyata keçirilib.

Məqsəd regionun bitki biomüxtəlifliyinin öyrənilməsi və davamlı istifadəsinin təmin edilməsi, o cümlədən əldə olunmuş nəticələrdən birgə istifadə etməklə bitki ehtiyatlarının qiymətləndirilməsi olub.

Botanika İnstitutunun əməkdaşları b.ü.e.d. Naibə Mehdiyeva, b.ü.f.d. Rəna Abdıyeva, b.ü.f.d. Kəmalə Əsədova və doktorant Nigar Mürsəlqızı tərəfindən Şəki rayonunun Baş Şabalıd kəndi və Marxal ərazisində keçirilən ilkin monitorinq nəticəsində meşə massivlərində payız florasının siyahısı tərtib olunub və fenoloji müşahidələr aparılıb. Bu sahələrdə 4 nadir bitki növü (Castanea sativa Mill.,Coryluscolurna L., Pyracantha coccinea M. Roem.,Crocus speciosus Bieb.) müəyyən olunub, onların populyasiyalarının demoqrafik strukturu və vəziyyəti öyrənilib. Həmçinin, meşə massivlərində bəzi invaziv növlərin (Ailanthus altissima (Mill.) Swingle, Robinia pseudoacacia L. və Conyza canadensiscanadensis (L.) Cronquist) meşəyə daxil olması qeydə alınıb. Nadir birkilərin populyasiyalarına aid alınan məlumatlar Azərbaycanın Qırmızı kitabının yeni nəşrində istifadə oluna bilər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.