Fotos
AMEA Fiziologiya İnstitutunda gənclər sosial fəallıqda nümayiş etdirirlər
Noy 14 , 2019 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 1830 )

Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun 2019-cu il üzrə elmi və elmi –təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova,  Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibin müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov, həmin bölmənin elmi katibi Afiq Məmmədov iştirak ediblər.

Təbiri giriş sözü ilə institutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova açıb. Hesabat ilində institutun fəaliyyəti haqqında danışan U.Həşimova bildirib ki,  2019-cu ildə İnstitutun əsas  problemləri ətrafında 12 mövzu, 29 elmi-təqdiqat işi üzrə 55 mərhələ yerinə yetirilib.

Professor hesabat ilində İnstitut əməkdaşları tərəfindən 127 elmi əsər, onlardan 4 monoqrafiya, 59 - məqalə (34 xaricdə), 64  tezis (52 xaricdə), 15 məqalənin isə impakt faktorlu jurnallarda nəşr edildiyini, eyni zamanda 9 qrant layihənin həyata keçirildiyini vurğulayıb.

U.Həşimova İnstitutda “İnsan və heyvan fiziologiyası” və “Biokimya” ixtisasları üzrə 8 nəfərin doktorantura, 15 nəfərin dissertantantura, 1 nəfərin isə magistr hazırlığı keçdiyini bildirib.

Eyni zamanda iclasda institutun beynəlxalq əlaqələrin genişləndirilməsi, institutun əməkdaşlarının beynəlxalq forumlarda iştirakı haqqında da məlumat verilib. Gənc alim və mütəxəssislər şurasının fəaliyyətinin nəticələrindən söz açan U.Həşimova gənclərin elmi layihələrlə yanaşı sosial fəallağının da olduğunu qeyd edib.

İclasda İnstitut nəzdində Bakı Dövlət Universitetinin “İnsan və heyvan fiziologiyası” kafedrasının filialı fəaliyyət göstərməsi, 132-134 saylı Təhsil Kompleksinə biologiya üzrə hamilik etdiyi də vurğulanıb.  Bildirilib ki, Təhsil Kompleksinin İnstitutda hazırlıq keçən şagirdlərinin təqdim etdiyi layihə “Sabahın alimləri” -VIII Respublika Müsabiqəsində “Tibb və sağlamlıq” bölməsi üzrə III yerə layiq görülüb.

  Sonda hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər səslənib.  

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.