Fotos
Müsabiqə qalibləri mükafatlandırılıb
Noy 15 , 2019 | 07:00 / Elmi müsabiqələr
Oxunma ( 1450 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda 17 noyabr Milli Dirçəliş Gününə həsr edilmiş “Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda məktəblilər arasında elan edilmiş müsabiqənin yekun iclası keçirilibdir. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə işinə başlayan iclasda ilk olaraq institutun elmi işlər üzrə direktor müavini , AMEA-nın müxbir üzvü Pənah Muradov qonaqları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırdı. O xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığını xüsusilə qeyd etdı.
AMEA–nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova müasir müstəqil Azərbaycanda qazanılan uğurlardan bəhs edib.
Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran akademik İradə Hüseynova gənclərin elmə marağının artırılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov şagirdlərin elmə marağının artırılmasında bu kimi tədbirlərin rolunu vurğulayıb.
Tədbirin təşkilat komitəsinin sədri, Mikrobiologiya İnstitutunun Mikrobioloji Biotexnologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Könül Baxşəliyeva qeyd edib ki, cəmiyyətin maarifləndirilməsi, bilikli gənc nəslin yetişdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Müsabiqənin məqsədi də məktəblilərə bu istiqamətdə yardımçı olmaq, biliklərini əyani şəkildə nümayiş etdirmək imkanı yaratmaqdır.
Tədbir zamanı məktəblilərin müsabiqədə bakteriya və göbələklərin mikroskopik, vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu, biotexnoloji əhəmiyyəti və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri münsiflər heyəti tərəfindən 3 nominasiya üzrə qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən ”Mikrobioloji proseslərin sxematik təsiri” Mikroorqanizmiərin təsviri ilə” və “Xüsusi seçilmiş işlər” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. I yerin qalibləri Bakı Avropa Liseyinin şagirdi-İsayev Oğuz, İncəsənət Gimnaziyasının şagirdi - Nəcəfova Finarə, Gənc İstedadlar Liseyinin şagirdi - Hüseynov Məmməd qalib seçilmişdir. Bundan başqa, Bakı Modern Təhsil Kompleksinin şagirdləri Bəyim Seyidova və Murad Ağabalayev, Fidan Əhmədova və Ləman Quliyev, Dilbər Nəcəfova, Nuray Hüseynzadə və Gövhər Aslanova, Bakı şəhər 103 №-li İsmayilova Şəhanə isə ikinci yerə layiq görülmüşlər.
III yerə layiq görülən şagirdlər isə Bakı şəhər 221, 232, 14, 21 və Salyan rayonun 4 saylı məktəblərinin, eləcə də Bakı Modern Təhsil Kompleksini təmsil etmişlər.
Müsabiqənin bütün qalibləri olan şagirdlər diplom və pul mükafatlarına layiq görülüb, əl işləri xüsusi seçilənlərə isə hədiyyə və sertifikatlar təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.