Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələri 2019-cu ilə yekun vurub
Noy 20 , 2019 | 10:16 / Mühüm hadisələr
Oxunma ( 1560 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin 2019-cu ilin yekunlarına həsr olunan növbəti hesabat yığıncağı keçirilib. İclasda giriş nitqi ilə çıxış edən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, bu günki toplantının gündəliyinə Kimya, Fizika-Riyaziyyat və Texnika, Humanitar və Yer elmlər bölmələri olmaqla qalan 4 elmi bölmənin hesabatının dinlənilməsi daxil edilib. Şura sədri bildirib ki, bu bölmələr üzrə də AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq həm elmlə təhsilin vəhdətinin yaradılması, həm elmin populyarlığının artırılması, həm də Akademiya gənc mütəxəssislərinin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində ənənəvi və qeyri ənənəvi layihələr həyata keçirilib. Bütün bu işlərdə isə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuraları da əhəmiyyətli rol oynayıb.

Sonra GAMŞ Kimya elmləri bölməsinin hesabatını təqdim edən Aşqarlar Kimyası İnstitutu GAMŞ sədri, kimya elmləri doktoru, dosent Əfsun Sucayev Kimya bölməsinə aid olan institutların yerli şuraları tərəfindən elmin təbliği, elmin populyarlaşdırılması, gənclərin elmə həvəsləndirilməsi və sair istiqamətdə həyata keçirilən ictimai və elmi tədbirləri, gənclərinin beynəlxalq və yerli konfranslarda iştirakı, marifləndirmə seminarları haqqında geniş məlumat verib.

Şuranın Humanitar Elmləri Bölməsinin ümumiləşdirmiş şəkildə hesabat məruzəsi ilə çıxış edən AMEA GAMŞ sədrinin müavini, fil.ü.f.d., dosent Eşqanə Babayeva bölməyə aid olan institutlarda əsasən gənclərin elmi-ictimai fəaliyyəti, 2019-cu il ərzində əldə etdikləri elmi nailiyyətlər və dərc etdikləri monoqrafiya, məqalə, tezis, həmçinin, xaricdə keçdikləri təcrübəartırma, iştirak etdikləri beynəlxalq konfrans, elmi simpoziumlar haqqında geniş məlumat verib.

Məruzəçi, müvafiq institut gənclərinin statistik və elmi göstəricilərinə konkret nümunələrlə aydınlıq gətirərək, onların həm beynəlxalq, yerli konfranslarda iştirakına, həm də dərc etdikləri monoqrafiya, məqalə-tezislərin sayına görə əvvəliki illərlə müqayisədə artım olduğunu deyib.

Daha sonra Fizika-Riyaziyyat və Texnika Bölməsinin hesabatını təqdim edən AMEA İnformasiya Texnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Adıgözəlova müvafiq bölmənin elmi müəssisələrində çalışan gənclərin təşkilatlar üzrə kəmiyyətcə statistik göstəriciləri, beynəlxalq və yerli elmi tədbirlərdə gənclərin fəallığı, elmi əsərlər, o cümlədən “Web of Sceince” və “Scopus” bazalarında referatlaşan jurnallarda nəşr olunan məqalələrə görə ötən illərlə müqayisədə cari ilin nailiyyətləri statik göstəricilərlə nümayiş etdirdi. Bundan savayı, hesabat ilində yerli şuralar tərəfindən təşkil olunan beynəlxaqlq və yerli elmi konfrans, seminarlar və s., həmçinin elmi maarifləndirmə istiqamətində həyata keçirilən layihələr, eləcə də sosial-ictimai və idman tədbirləri haqqında iştirakçıların diqqətinə çatdırdı.

Yer elmləri Bölməsinə daxil olan Geologiya və Geofizika İnstitututunun hesabatını sözügedən Şuranın sədri Orxan Abbasov, Coğrafiya İnstitutu GAMŞ hesabatını dosent Samirə Ələkbərova, AMEA Neft və Qaz İnstitutunun GAMŞ-nın hesabatını Roksana Əsgərova, Seysmologiya İnstitutunun GAMŞ hesabatını isə Lalə Piriyeva təqdim etdilər.

Ümumi müzakirələrdən sonra bölmələr üzrə hesabatlar qiymətləndirilib, bəzi müəssisələrdə fəaliyyət göstrən şuralarının fəaliyyətində aktivliyin artırılması tövsiyə edilib.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.