Fotos
AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda məktəblilər üçün “Açıq qapı” günü keçirilib
Noy 20 , 2019 | 06:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2450 )

Noyabrın 20-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Nəsimi rayonu 211 saylı tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir.

Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif laboratoriyalara ekskursiyalar təşkil edilmiş, onlar institutun  laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla yaxından tanış olmuşlar. Məktəblilər üçün “Analitik kimya “ laboratoriyasında müxtəlif əyləncəli təcrübələr nümayiş etdirilmişdir. Bundan başqa şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilmişdir.

Qeyd etmək lazımdır ki,  bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.

.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.